Qax rayonunda yeniyetmə tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Əmbərçay kəndində baş verib.
14 yaşlı yeniyetmə oğlan xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Mingəçevir şəhər sakini olan, rayonun Əmbərçay kənd tam orta məktəbinin 9-cu sinif şagirdi V.C. tir tüfəngini təmizləyən zaman atəş açılıb, qırma onun ayağına dəyib. Xəsarət alan yeniyetmə əvvəlcə Mingəçevirdə xəstəxanaya, oradan isə Bakıya aparılıb.
Azinformasiya.az