Qaxda iki minik maşını toqquşub, 2 nəfər xəsarət alıb

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

 

Azinformasiya.az xəbər verir ki, axşam saatlarında rayonun Qaxbaş kəndində “VAZ 2107” markalı minik maşını ilə “QAZ 21” toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan yaralıların müayinəsi aparılır, şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir