Qaxda minik avtomobili yanıb.
Azinformasiya.az xəbər verir ki, Qax şəhəri İsmayıl Dağıstanlı küçəsində fəaliyyət göstərən maşın təmiri sexində təmir üçün gətirilmiş “Tofas” markalı minik avtomobilində yanğın olub. Yanğın nəticəsində avtomobilin yanar konustruksiyaları yanıb. Yanğının yaxınlıqdakı sexlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az