Qaxda avtomobil 74 yaşlı piyadanı vurub

Qaxda 74 yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdır.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Qax şəhəri ərazisində qeydə alınıb.

Qax rayonu Qaxbaş kənd sakini Əfəndi Heydərov idarə etdiyi KİA markalı avtomobillə piyada Qax şəhər sakini İsmət Bayram oğlu Mustafayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İ.Mustafayev Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib. İ.Mustafayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir