Qaxda 57 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Qax rayonunda ağacdan yıxılan Bakı sakini ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü, Bakı şəhər sakini Nizami Şəkərəliyev kənd ərazisində qoz çırpmaq istəyərkən ehtiyatsızlıqdan ağacdan yıxılıb. N. Şəkərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir