Qax rayonunda intihar hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə günorta saatlarında Qax şəhərində baş verib.
Qax şəhər sakini, 1973-cü il təvəllüdlü Habil Məhərrəm oğlu Faxrətov özünü yaşadığı ünvanda ağacdan asaraq intihar edib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Qax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az