Qaribaşvili: Nüvə silahından istifadə təhlükəsi realdır

Nüvə silahından istifadə təhlükəsi realdır və belə bir vəziyyətdə hökumətin əsas vəzifəsi ölkəni müdafiə etməkdir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentin plenar sessiyasında illik hesabatını təqdim edərkən söyləyib. O, Ukraynadakı müharibənin sadəcə regionun deyil, bütün dünyanın problemi olduğunu bildirib:

“Biz qaydalara əsaslanan beynəlxalq nizamın dəyişdiyini görürük və faktiki olaraq nüvə silahından istifadə təhdidi realdır. Bu cür vəziyyətdə Baş nazir olaraq mənim əsas qayğım, hökumətin əsas vəzifəsi ölkəmizi və xalqımızın maraqlarını qorumaq, ən vacibi isə bu vəziyyətdə güclü iqtisadi inkişafı saxlamaqdır”, – Qaribaşvili diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir