Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.
Azinformasiya.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 800 m² olan zavodun utilizasiya sahəsində 3 m³ neft tullantıları yanıb. Yüksək temperaturdan zavodun dam örtüyünün konstruksiyaları 60 m² sahədə deformasiyaya uğrayıb. Zavodun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azinformasiya.az