Qaraçuxur və Yeni Günəşli sakinlərinin seçimi YAP-ın namizədləridir – FOTOLAR

Suraxanı rayonunda 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərinin təşviqat mərhələsi uğurla davam edir.

 

Azinformasiya.az  xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin üzvlüyünə namizədləri İxdiyar Nəcəfov, Arif Şahmuradov, Eldar Mirzəliyev, Rəşad Rzayev, Vurğun Əliyev, Jalə Qibləliyeva və İlham Mirzəyev 12 yanvar tarixində seçicilərlə növbəti səyyar görüşlərini keçiriblər. Səyyar görüşlər Yeni Günəşli “D” yaşayış sahəsi 28-ci binanın sakinləri ilə şəhid Səmədli Elşən Bayram oğlunun bulaq kompleksinin qarşısında və Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivində şəhid Məleykə Əhmədovanın adını daşıyan küçədə baş tutub.

Görüşlər zamanı YAP-ın Qaraçuxur bələdiyyəsinin üzvlüyünə namizədləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən ardıcıl tədbirlər, cümlədən bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi və maliyyə vəziyyətinin yaxşılaşdırılmasından söz açıblar. Eyni zamanda, ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıblar. Çıxışçılar bələdiyyələrin vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin inkişafında mühüm rola malik olduğunu qeyd edərək seçki platformaları haqda seçicilərə geniş məlumat veriblər.

YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri İxdiyar Nəcəfov, Arif Şahmuradov, Eldar Mirzəliyev, Rəşad Rzayev, Vurğun Əliyev, Jalə Qibləliyeva və İlham Mirzəyev təşviqat mərhələsi çərçivəsində Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində 44 günlük Vətən müharibəsinin qaziləri ilə görüş keçiriblər. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaq­görən və uğurlu siyasəti sayəsində Azər­baycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmiş, azər­baycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqları­nın müdafiəsi beynəlxalq səviyyəyə çıxarıl­mışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nü­fuzlu beynəlxalq kürsülərdən bəyan etmişdir. Namizədlərin sözlərinə görə, ölkə başçısı Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının tarixi zərurət olduğunu dəfələrlə bəyan edərək bu gün artıq bu istiqamətdə hərtərəfli işlərə baş­lanıldığını vurğulayıb. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qüdrəti, apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbay­canlıların da öz doğma torpaqlarına qayıda­cağı günün uzaq olmadığına tam əmindir.

Seçicilərlə və qazilərlə keçirilən görüşlərdə YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri onları seçkidə fəal olmağa və indiyə qədər keçirilən bütün seçkilərdə tam üstünlüklə qalib gələn YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir