Yeni Azərbaycan Partiyasının Qaraçuxur bələdiyyəsi üzrə namizədləri İxdiyar Nəcəfov Arif Şahmuradov Rəşad Rzayevin Səyyar görüşləri davam edir.
Növbəti belə görüş Qaraçuxur qəsəbəsi, Veteranlar Xiyabanında Cəlal Qurbanov küçəsinin sakinləri, Binə çörək zavodunun işçiləri və Yeni Günəşli, Samir Cəfərov küçəsi 26-cı binanın sakinləri ilə keçirilib.
Görüşlərdə iştirak edən namizədlər, seçki qərargahının və təşviqat qrupunun üzvləri bələdiyyələrin həyatımızda artan rolundan danışaraq bildiriblər ki, yerli özünüidarəetmə orqanları əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə edib, fəaliyyətlərində şəffaflığa nail olub. YAP-ın növbəti bələdiyyə seçkilərinə inamla qatıldığını vurğulayan natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasına etimad göstərməyə – partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Azinformasiya.az