Qaraçuxur bələdiyyəsi tərəfindən iftar süfrəsi açılıb

Suraxanı RİH-in təşəbbüsü və Qaraçuxur bələdiyyəsinin təşkilatçılığı ilə Yeni Günəşli yaşayış massivindəki Fatmeyi-Zəhra məscidində 150 nəfərin iştirakı ilə iftar məclisi təşkil olunub.

 

Azinformasiya.az  xəbər verir ki, tədbirdə 40 nəfərə yaxın şəhid ailəsinin üzvləri, 25 qazi və Vətən müharibəsi iştirakçısı, qəsəbə ictimaiyyətinin nümayəndəsi və din xadimləri iştirak ediblər.

İftar məclisində tədbirin təşkilatçılarına təşəkkürünü bildirən Fatmeyi-Zəhra Məscidinin din xadimləri iftar süfrəsində iştirak edənləri salamlayaraq dövlət tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Tədbirdə Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir