Qaraçuxur bələdiyyəsi ətraf mühitin və yaşıllıqların qorunmasına xüsusi önəm verir

İxdiyar Nəcəfov: “Yaşıllaşdırma siyasəti dövlətin həyata keçirdiyi uğurlu işlərdən biridir”

 

Azinformasiya.az  xəbər verir ki, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq, maarifləndirmək məqsədilə növbəti tədbir həyata keçirilib. Qaraçuxur bələdiyyəsi və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bildirib ki, son illər Bakıda və ətraf yaşayış massivlərində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən ağacəkmə aksiyaları birbaşa ətraf mühitin qorunmasına və yaşıllaşdırılmasına xidmət edir:”Bildiyimiz kimi, yaşıllaşdırma siyasəti dövlətin həyata keçirdiyi uğurlu işlərdən biridir. Bunu hər birimiz gündəlik həyatımızda görürük. Qanunvericiliyə uyğun olaraq Azərbaycanda yaşıllaşdırma işlərilə müvafiq rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bələdiyyələr, eləcə də digər qurumlar məşğul olur. Ulu Öndər Heydər Əliyev Bakı şəhərində və rayonlarla yaşıllıq zolaqlarının salınmasına xüsusi önəm verərdi. Onun təşəbbüsü ilə nə qədər yaşıllıq zolaqları salınıb. Hazırda bu proses Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

İxdiyar Nəcəfovun sözlərinə görə, genişmiqyaslı yaşıllaşdırma kampaniyalarının keçirildiyi Azərbaycan bununla özünün ekoloji vəziyyətini yaxşılaşdırmaqla bərabər, qlobal iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə də töhfəsini vermiş olur: “Rəhbəri olduğum Qaraçuxur bələdiyyəsi ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması prosesində aktiv şəkildə iştirak edir. Diqqətinizə çatdırmaq istəyirəm ki, son illər Qaraçuxur bələdiyyəsinin ərazisində yüzlərlə ağac, bitki və gül kolları əkilib. Bələdiyyəmizin balansında olan parklarda yaşıllıqların salınması, eləcə də qorunması fəaliyyətimizin əsas istiqamətlərindən biridir”. Bələdiyyə sədri onu da qeyd edib ki, Azərbaycanda ətraf mühitin qorunması yaşıllıqların salınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlayan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin çox böyük rolu var: “Birlik tərəfindən təbiətin mühafizəsinə dair çoxsaylı layihələr həyata keçirilir, bu sahədə geniş ictimai maarifləndirmə işi aparılır. Hər birimiz bu işlərdə fəal olmalı, ətraf mühiti və yaşıllıqları qorumalıyıq”.

Tədbirdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi Əminə Alməmmədova da çıxış edərək ətraf mühitin mühafizəsi, habelə yaşıllıqlarınm qorunması ilə bağlı maarifləndirici fikirlərini bölüşüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir