“Rusiya hökuməti hazırladığı silah proqramında II Qarabağ müharibəsində dronların istifadə olunması ilə bağlı təcrübəni nəzərə alacaq”.
Azinformasiya.Az “RBK”ya istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Yuriy Borisov deyib.
O, silahların inkişafı ilə bağlı olan həmin proqramın 2033-cü ilədək müddəti əhatə etdiyini bildirib:
“Pilotsuz uçan vasitələrinin tətbiqilə müharibə tamamilə dəyişib. Əvvəllər həmin vasitələr kəşfiyyatda istifadə olunurdusa, hazırda zərbə vasitəsinə çevrilib. Qarabağda bunun necə işlədiyini gördük”.