Qaluzin: Qərb Rusiyanı Ermənistan-Azərbaycan normallaşma prosesindən çıxarmaq istəyir

Qərbin Cənubi Qafqazdakı maraqları Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa kömək etmək deyil.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Qaluzin qeyd edib ki, Qərbin Cənubi Qafqazda maraqları Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması, regionda davamlı sülh və stabilliyə müvəffəq olmağa kömək etmək deyil, Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq, onun sərhədləri yaxınlığında növbəti gərginlik mənbəyi yaratmaqdan ibarətdir.

“Buna baxmayaraq, biz hələ də ümid edirik ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı şübhələrini nə qədər tez aradan qaldırsa, təşkilatın gündəliyində dayanan məsələlərin siyasi müstəvidə, ekspertlər səviyyəsində konstruktiv, məhsuldar və mənalı müzakirələrinə qayıtsa, bir o qədər yaxşıdır”, – diplomat bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir