Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri Prezident İlham Əliyevi təbrik edib

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri Pavel Yelizarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Azinformasiya.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin adından Sizə və bütün Azərbaycan xalqına seçkilərdə qələbəniz münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan ilə İsrail arasında əməkdaşlıq inkişaf edir və möhkəmlənir. Bu istiqamət atanız, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, Siz isə bu yolu uğurla davam etdirərək, Azərbaycanın İsraildə səfirliyini açaraq münasibətləri daha da möhkəmləndirdiniz. Bütün yəhudilər, xüsusən dağ yəhudiləri sevincli və kədərli vaxtlarda həmişə azərbaycanlılar üçün qardaş xalq olublar.

Prezident seçkilərində Azərbaycan xalqının seçimi bizi çox sevindirir. Mütləq əksəriyyət növbəti dəfə sübut etdi ki, Sizə tam etimad göstərir. Onlar müəyyənləşdirilmiş yolun gələcəkdə də davam edəcəyinə inanırlar”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir