“Qaçqınkom”da son zamanlarda baş verən gecikmələr

“Qaçqınkom”da son zamanlarda baş verən gecikmələrin səbəbi nədir?

Son zamanlarda qaçqın və məcburi köçkünlərin çörək pulu hər zaman verilən vaxtda onlara çatmır. Belə ki, adətən qaçqın və məcburi köçkünlərə çörək pulu hər ayı 21-22-i verildiyi halda son vaxtlar gecikir və ayın sonu, hətta növbəti ay ödənilir.

Sözügedən məsələyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin münasibəti nədir? Sədr Rövşən Rzayevin rəhbərliyi altında bu məsələyə ciddi yanaşılsın, müvafiq tədbirlər görülsün, qaçqın və məcburi köçkünlərin çörək pulu kartlarına müvafiq məbləğin vaxtında köçürülməsi təmin olunsun.

Məsələ ilə bağlı bir sıra qaçqın və məcburi köçkünlərin narazılığı var. Ümid edirik ki, qısa zamanda bu məsələ öz həllini tapacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir