Qəzzada ölənlərin sayı 36 minə çatıb

İsraillə son toqquşma başlayandan bəri Qəzzada mülki vətəndaşların ümumi sayı artaraq 35 min 900 nəfərə çatıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin oktyabrın 7-dən Qəzza zolağında davam edən təcavüzündə ölü sayı 35 903-ə, yaralılar isə 80 420-ə çatıb”, – hesabatda deyilir.

Departamentin məlumatına əsasən, son 24 saat ərzində 46 nəfər İsrailin zərbələrindən həyatını itirib. Daha 130 fələstinli müxtəlif dərəcələrdə yaralanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir