Qəzzada ölənlərin sayı 24 min nəfəri keçib

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 24 100 nəfərə yüksəlib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumata əsasən, yaralananların sayı 60 834 nəfərdir.

Səhiyyə qurumu bildirib ki, İsrailin hücumları zamanı son 24 saat ərzində 132 fələstinli ölüb, 252 nəfər yaralanıb.

Xatırladaq ki, keçən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən artıq israilli qətlə yetirilib, 240-dan artıq israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir