İsrailin Qəzzada apardığı quru əməliyyatlarında ölən israilli hərbçilərin sayı 185-ə yüksəlib.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin saytında məlumat verilib.
Bildirilib ki, bu gün Qəzzanın mərkəzində Bureycdə partlayıcının işə düşməsi nəticəsində beş hərbçi həlak olub.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri keçən ilin oktyabrın 27-də Qəzzada quru əməliyyatlarına başlayıb.
Azinformasiya.az