Qərbdən Ukraynaya verilən ilk F-16 təyyarələrindən biri qəzaya uğrayıb.
Azinformasiya.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.
Qəzet qeyd edir ki, əldə olunan kəşfiyyat məlumatları qırıcının Rusiya tərəfindən atılan raketlə vurulduğunu təsdiqləməyib.
İlkin araşdırmalarla təyyarənin pilotun səhvi nəticəsində yerə çırpıldığı müəyyən olunub. Onun taleyi ilə bağlı informasiya verilməyib.
Xatırladaq ki, Ukrayna hələlik 6 ədəd F-16 təyarəsi alıb.
Azinformasiya.az