Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində yeni üzvlərə vəsiqələr təqdim edilib

Qərbi Azərbaycan İcmasının (QAİ) Suraxanı rayon nümayəndəliyində növbəti tədbir keçirilib.

 

Azinformasiya.az  xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Suraxanı rayonu üzrə nümayəndəsi, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bildirib ki, XX əsrdə qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalan qərbi azərbaycanlıların pozulan hüquqları bərpa ediləcək və onlar öz doğma torpaqlarına qayıdacaqlar.
Onun sözlərinə görə, xalqımız bu gün Zəngəzura, İrəvana, Göyçəyə, Zəngibasara, Amasiyaya, VediBasara, Hamamlıya və digər əzəli Azərbaycan torpaqlarına getmək kimi tarixi hüququmuzu beynəlxalq birlik qarşısında qaldırır: “Zorla didərgin salınmış də­də-baba yurdlarına geri qayıtmaq hər bir soy­daşımızın haqqıdır. Qərbi Azərbaycan İcması­nın üzvləri ilə görüşdə Prezident İlham Əliyev onların əzəli torpaqlarına qayıtmalı olduqları­nı qətiyyətlə söyləmişdir.
Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq”. Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəsi həmçinin bildirib ki, hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib: “Bu gün artıq bu istiqamətdə hərtərəfli işlərə başlanılıb. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qüdrəti, apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbay­canlıların da öz doğma torpaqlarına qayıdacağı günün uzaq olmadığına tam əmindir”.
Daha sonra Qərbi Azərbaycan İcmasına yeni üzv olan 9 nəfərə vəsiqələri təqdim edilib. Vəsiqə alan şəxslərdən biri də 44 günlük Vətən müharibəsinin igid şəhidi, əslən Qərbi Azərbaycandan olan Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova olub.
Arzu xanım vəsiqənin təqdim olunmasına görə Qərbi Azərbaycan İcmasının rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, əsası 44 günlük Vətən müharibəsində qoyulan tarixi Zəfərimiz Qərbi Azərbaycana dinc qayıdışla davam edəcək: “Allah Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevi qorusun. O Qarabağı azad etdiyi kimi, bizi də Qərbi Azərbaycanımıza, doğma dədə-baba yurdumuza qovuşduracaq. Allah dövlətimizi, xalqımızı qorusun. Amin”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir