Qəbələnin Həmzəlili kəndində yaşayış evində yanğın hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, kənd sakini, 1973-cu il təvəllüdlü Əhmədov Şaiq Məhəmmədiyyə oğluna məxsus 162 kvadratmetr olan ikimərtəbəli evin birinci və ikinci mərtəbələrində yanğın qeydə alınıb.
Hadisəyə Qəbələ Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Azinformasiya.az