Putinlə Tokayev arasında telefon danışığı olub

Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, Kremlin mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Telefon danışığı zamanı cari ilin 21 fevralında Kazan şəhərində təşkil edilən görüş zamanı aparılan fikir mübadiləsinin davamında ikitərəfli gündəliyin bəzi cari məsələləri müzakirə edilib. Ticari-iqtisadi, nəqliyyat, logistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qazaxıstan lideri Rusiya Prezidentinin Federal Məclisə müraciətinin dərin məzmunlu və proqram xarakterli olmasını diqqətə çatdırıb.

İki dövlət başçısı Rusiya ilə Qazaxıstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sədaqəti yüksək qiymətləndirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir