Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Kremldə görüşü başlayıb.
Azinformasiya.Az xəbər verir ki, görüş zamanı Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsi, eləcə də regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələr qurmaq üçün əlavə addımların nəzərdən keçirilməsi planlaşdırılır.