Putinlə Modi görüşüb, Ukrayna münaqişəsi müzakirə olunub

Rusiya Prezidenti Vladimir Putin Hindistan Respublikasının Baş naziri Narendra Modi ilə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, Kazanda keçirilən BRİCS sammiti çərçivəsində keçirilən görüşdə Rusiya-Hindistan ikitərəfli münasibətləri müzakirə olunub.

Putin Modinin bu ilin iyun ayında Moskvaya səfərini və səmərəli danışıqları xatırlayıb: “Biz mütəmadi olaraq telefonla məlumat mübadiləsi edirik. Kazanda biz birliyimizin fəaliyyətinin daha da təkmilləşdirilməsinə və onun çərçivəsində çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra mühüm qərarlar qəbul etməliyik”.

Putin qeyd edib ki, Rusiya-Hindistan münasibətləri xüsusilə imtiyazlı strateji tərəfdaşlıq xarakteri daşıyır və fəal inkişaf etməkdə davam edir.

Modi isə iki ölkə arasındakı münasibətlərdən məmnunluq ifadə edib. Ukrayna müharibəsi barədə danışan Hindistan Baş naziri bu münaqişənin sülh yolu ilə həll olunmasını, ölkəsinin mümkün yardımı göstərməyə hazır olduğunu bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir