Kreml BRICS-də “parçalanma” ilə bağlı şayiələri təkzib edib.
Azinformasiya.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov BRICS-də heç kimin heç kimə qarşı əməkdaşlıq etmədiyini bildirib.
Türkiyənin BRICS-ə üzv olmasının mümkünlüyü barədə danışan Peskov qeyd edib ki, NATO-ya üzvlük BRICS-ə üzv olmaq üçün maneə deyil.
“BRICS, Avropa İttifaqı və NATO-dan fərqli olaraq, iştirakçılarının başqa hansı beynəlxalq birliklərə mənsub ola biləcəyi ilə bağlı şərtlər qoymur”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Azinformasiya.az