Putinin sözçüsü: Rusiya Azərbaycan təyyarəsi ilə bağlı obyektiv araşdırma aparılmasında maraqlıdır

Rusiya Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya müvafiq komissiyanın işinin nəticəsini gözləyir.

Kremlin sözçüsü, həmçinin qeyd edib ki, rusiyalı mütəxəssislər istintaqa köməklik göstərir.

“Prezident Putin və Prezident İlham Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq edilir. Prezident Putin üzr istəyib və təəssüf hissi keçirdiyini bildirib”, – deyə Peskov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir