Putinin köməkçisi: Rusiya və ABŞ arasında Ukrayna sülh planı ilə bağlı hələ ciddi müzakirə aparılmayıb

Rusiya hələlik qeyri-rəsmi kanallar vasitəsilə əldə edilən Amerikanın Ukrayna planını heç kimlə müzakirə etməyib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə əsasən, Ukrayna ilə bağlı plandakı bir neçə məqam ciddi təhlil tələb edir.

“Rusiya ilə ABŞ arasında sülh planı ilə bağlı hələ ciddi müzakirə aparılmayıb”.

Kreml rəsmisi sülh planının Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında aparılan danışıqlar zamanı müzakirə olunmadığını da söyləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir