Kiyevin Rusiya Federasiyası ilə sammit tələbi Ukrayna birləşmələrinin həyata keçirdiyi açıq terror aktları fonunda qəribə səslənir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.
O qeyd edib ki, Kiyev Rusiyada dinc infrastruktura hücumlar həyata keçirir və eyni zamanda hərbi əməliyyatları 30, hətta 60 gün müddətinə dayandırmağı xahiş edir, ən yüksək səviyyədə görüşün keçirilməsini xahiş edir. “Bəs bu şəraitdə belə görüşlər necə keçirilə bilər? Nədən danışmaq olar?” deyə Putin sual verib.
“Ümumiyyətlə, terrora “stavka” edənlərlə kim danışıqlar aparır? Terrorçularla? Hərbi əməliyyatlara möhlət verməklə onları nəyə görə cəsarətləndirmək lazımdır ki?”, Rusiya prezidenti vurğulayıb.
Prezident Vladimir Putin Bryansk və Kursk vilayətlərində baş verən terror aktlarından sonra Ukrayna ilə sammitin keçirilməsi və atəşkəsin təşkili imkanlarını şübhə altına alıb. O, hücumları dinc əhaliyə qarşı “məqsədyönlü zərbə” adlandırıb.
Azinformasiya.az