Putin xalqa müraciət edib

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

 

Azinformasiya.az xəbər verir ki, Putinin bu dəfəki müraciəti martın 15-dən 17-dək ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı olub.

Rusiya Prezidenti ölkə vətəndaşlarından seçkilərə gəlməyi, səsvermədə iştirak etməyi xahiş edib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 15-dən 17-ə kimi keçiriləcək. Dövlət başçısı postu uğrunda hazırkı Prezident Vladimir Putin, liberal demokrat partiyasının namizədi Leonid Slutski, komunistlərin namizədi Nikolay Xaritonov və “Yeni insanlar” partiyasının namizədi Vladislav Davankov mübarizə aparacaqlar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir