Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Kremlin tezliklə Macarıstanın Baş naziri Orbanla telefon danışığı barədə məlumat yayacağını söyləyib. “Cənab Orban özü də Putinlə danışmaq niyyətində olduğunu qeyd edib. Bu telefon danışığı baş tutub”, Putinin sözçüsü qeyd edib.
Kremlin məlumatına əsasən, Putin telefon danışığında Orbana Trampla söhbətinin əsas məzmunu barədə məlumat verib.
Macarıstanın baş naziri Budapeştdə mümkün Rusiya-Amerika sammitinin təşkili üçün şərait yaratmağa hazır olduğunu bildirib.
Putin qeyd edib ki, ABŞ nümayəndələri ilə Ukraynadakı vəziyyətin həlli üçün gələcək addımları müzakirə etməyi planlaşdırır.
Azinformasiya.az