Putin Ukraynanın Kurska hücumuna münasibət bildirib

“Kiyev rejimi mülki təyinatlı binalara hücum etməklə təxribata əl atıb”.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə deyib: “Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O, müxtəlif növ silahlarlar və raketlərdən istifadə etməklə mülki obyektləri pərakəndə qaydada atəşə tutur”.

Qeyd edək ki, toplantıda Ukrayna tərəfdən silahlı hücuma məruz qalan Kursk vilayətində ümumi vəziyyət müzakirə olunub.

Son məlumata əsasən, Ukrayna ordusu dünən axşam saatlarında Rusiyanın sərhəddə yerləşən Kursk vilayətinə texnika və canlı qüvvə ilə hücum edib. Ukrayna ordusunun Rusiyanın içərilərinə doğru bir neçə kilometr irəlilədiyi bildirilir.

Kurskun atəşə tutulması nəticəsində 5 dinc sakinin həlak olduğu, 30-dək insanın yaralandığı barədə məlumat verilib.

Ərazidə şiddətli döyüşlər gedir. Rusiya Ukrayna hərbçilərinin hücumunu dayandırmaq və ölkə ərazisindən çıxarmaq üçün əlavə qüvvələr cəlb edir.

Vilayətdən ziddiyyətli xəbərlər gəlir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir