Ukraynanın dövlətçiliyi tezliklə sual altında qalacaq.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə əsasən, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuzluğa düçar olub və belə davam edərsə, tezliklə Ukraynanın dövlətçiliyi sual altında qalacaq.
Putin Kiyevin danışıqlardan imtina etməsini tənqid edib. O bildirib ki, əgər Ukrayna hakimiyyəti düzgün qərar versəydi, hər şey çoxdan bitərdi.
Azinformasiya.az