Putin: Ukrayna münaqişəsinin həllinin açarı Qərbdədir

Ukrayna münaqişəsinin həllinin açarı Qərbdədir, bunun üçün onlar Ukraynaya silah və texnika tədarükünü dayandırmalıdırlar.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşündə söyləyib.

O, Ukraynanın silah tədarükü dayandırıldığı zaman tezliklə danışıqlar aparmaq istəyəcəyinə əmin olduğunu bildirib.

“Birləşmiş Ştatlar özünü elə göstərir ki, Ukraynada münaqişənin kəskinləşməsindən qorxmur, ancaq oradakı sağlam insanlar açıq şəkildə işi üçüncü dünya müharibəsinə aparmaq istəmirlər. Üçüncü dünya müharibəsi olarsa, qaliblər olmayacaq, həmçinin Amerika da qalib olmayacaq”, deyə Rusiya prezidenti diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir