Putin: Trampın Ukraynada sülh ilə bağlı bəyanatlarını ciddi qəbul edirik

Rusiya ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişəni dayandırmaq istəməsinə ciddi yanaşır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

O, Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə dayandırılması ilə bağlı mümkün təklifləri ilə tanış olmadığını deyib.

“Cənab Trampın prezidentliyə namizəd kimi Ukraynada müharibəni dayandırmaq istədiyini bəyan etməsi faktına biz kifayət qədər ciddi yanaşırıq. Mən, əlbəttə ki, onun bunu necə etməyi planlaşdırması ilə bağlı mümkün təklifləri ilə tanış deyiləm. Bu, əlbəttə ki, əsas sualdır. Lakin mən şübhə etmirəm ki, o, bunu səmimi deyir və biz bunu dəstəkləyəcəyik”, – deyə Rusiya prezidenti qeyd edib.

Putin Moskva-Vaşinqton münasibətlərindən da danışıb: “Rusiya ABŞ ilə strateji sabitlik məsələlərini müzakirə etməyə hazırdır, lakin ABŞ-də seçkiləri gözləmək, yeni administrasiyanın əhval-ruhiyyəsini və nəyə üstünlük verəcəyini başa düşmək lazımdır”.

Putin deyib ki, ABŞ-dən strateji sabitlik üzrə dialoqa başlamağa hazır olduğuna dair siqnallar var:

“Onlar vaxtaşırı bizə siqnallar göndərirlər ki, bizimlə bu dialoqu bərpa etmək istəyirlər, ancaq sonra qəfildən harasa yoxa çıxırlar və strateji sabitlik məsələlərinə birbaşa aidiyyatı olmayan bəzi mücərrəd mövzular haqqında danışmağa başlayırlar”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir