Putin Trampın ilk açıqlamalarına münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni Prezidenti Donald Trampın ilk açıqlamalarına münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Putin Trampla arasında həmişə işgüzar, praqmatik münasibətlərin olduğunu bildirib.

Rusiya Prezidenti Kremlin Ağ Evlə təmaslar saxlamaqdan heç vaxt imtina etmədiyini vurğulayıb.

“Rusiya heç vaxt təmaslardan imtina etməyib. Bizim günahımız deyil ki, əvvəlki administrasiya bu təmaslardan imtina edib. ABŞ-nin indiki prezidenti ilə mənim istisnasız olaraq işgüzar, ancaq eyni zamanda praqmatik və etibarlı münasibətlər olub. Mən onunla razılaşmaya bilmərəm ki, əgər 2020-ci ildə onun prezident seçkilərində qələbəsini oğramasaydılar, bəlkə də Ukraynada 2022-ci ildə yaranan böhran olmazdı. Baxmayaraq ki, Tramp ilk prezidentiliyi dövründə Rusiyaya qarşı çoxlu sanksiyalar tətbiq etmişdi. Mən bu qərarın ABŞ-nin maraqlarına uyğun olduğunu düşünmürəm. Yeri gəlmişkən, Bayden də həmin estafet çubuğunu ələ keçirib, daha çox məhdudidiyyətlər tətbiq etdi. Nəticə məlumdur. Həmin qərarların bir çox ABŞ-nin öz iqtisadiyyatına zərər verir. Rusiyaya dollarla əməliyyatlara icazə verməmək qərarı düşünürəm ki, ABŞ-nin özünə zərər vurub.

Tramp ABŞ iqtisadiyyatının zərərinə dair çətinki qərar qəbul etsin. O, yalnız ağıllı deyil, həm də praqmatik bir insandır”.

Putin Trampla görüş ehtimalı barədə də danışıb. Bildirib ki, ABŞ prezidenti ilə görüşməyə hazırdır:”Bu günün reallıqlarına söykənərək görüşmək, sakitcə danışmaq yaxşıdır”.

Rusiya prezidenti görüşün mümkünlüyünün ilk növbədə mövcud Amerika rəhbərliyinin qərarları və seçimi ilə bağlı olacağını vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir