Putin Tokayevlə telefon danışığı aparıb

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

 

Azinformasiya.az  Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Qazaxıstan Prezidentinin Rusiyaya qarşıdan gələn dövlət səfərinə hazırlıq kontekstində ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələləri müzakirə olunub.

Prezidentlər Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqliyinin daha da möhkəmləndirilməsinə, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə birgə layihələrin ardıcıl həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir