“Dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirməyə nail olduq”.
Azinformasiya.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dekabrın 27-də Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.
O bildirib ki, hazırda əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləridir: “Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edirik”.