Putin: Rusiya Ukraynanın NATO-ya üzvlüyünü qəbuledilməz hesab edir

Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Slovakiya baş naziri Robert Fitso ilə görüşündü bildirib.

Putin Ukraynanın Şimal Alyansına daxil olmaq istəməsindən də danışıb: “NATO-ya gəlincə, bu başqa məsələdir, burada söhbət Rusiya Federasiyasının təhlükəsizliyinin təmin olunmasından gedir.

Mövqeyimiz bəllidir, bunu özümüz üçün qəbuledilməz hesab edirik. Bu, Ukraynanın təhlükəsizliyini necə təmin edəcəyi ilə bağlı öz qərarıdır. Lakin bunu başqa ölkələrin, xüsusən də Rusiyanın təhlükəsizliyi hesabına təmin etmək olmaz. Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı konsensus tapmaq mümkündür”.

Rusiya prezidenti qeyd edib ki, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ABŞ prezidenti Donald Trampla müzakirə mövzusu olub: “Trampın rəhbərliyi altında ABŞ Rusiyanı dinləməyə başladı, Alyaskada keçirilən sammit bunu göstərdi. Rusiya Moskva və Vaşinqton arasında konstruktiv dialoqun davam edəcəyinə ümid edir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir