Qərb Rusiyaya qarşı hibrid müharibə aparmağa davam edir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasında çıxışında bildirib.
Onun sözlərinə əsasən, Qərb ölkələri Kiyevi real vaxt rejimində kəşfiyyat məlumatları ilə təmin edir və silah ötürür.
Putin Şimali Atlantika Alyansının Rusiya sərhədlərində aktivləşdiyini də bildirib:
“NATO-nun fəaliyyəti kəskin artıb, Rusiya Federasiyasının sərhədlərinə ABŞ-nin əhəmiyyətli dərəcədə qüvvələri yerləşdirilib”.
Azinformasiya.az