Putin Rusiya-Fransa münasibətlərinin pisləşməsində Makronu günahlandırıb

Rusiya Fransa ilə əməkdaşlığa hazırdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Fransanın TF1 telekanalının müxbirinin sualını cavablandırarkən deyib.

O, Fransa prezidenti Emmanuel Makronla yaxşı, mehriban və işgüzar əlaqələrinin olduğunu qeyd edib:

“Ancaq hansısa məqamdan sonra Makron əlaqələri dayandırdı. Biz dayandırmadıq ki, Fransa dayandırdı. Bu münasibətlərə son qoyan Makron olub. Əgər Fransanın marağı varsa biz bundan sonra da əlaqələri davam etdirməyə hazırıq”, deyə Putin bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir