Rusiya Prezidenti Vladimir Putin regionun tam azad edilməsindən sonra ilk dəfə Kursk vilayətinə səfər edib.
Azinformasiya.az xəbər verir ki, Putin Kurskda könüllülərlə görüş keçirib.
Rusiya prezidenti Kursk vilayətində tikilməkdə olan Kursk AES-2-ni ziyarət edib.
Putin Kurçatov şəhərində Kursk vilayətinin bələdiyyə rəhbərləri ilə görüş keçirib.
Qeyd edək ki, Rusiyanın Kursk vilayətinin bir hissəsi 2023-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. Bu ilin aprelin 26-da Rusiya Kursk vilayətinin Ukrayna ordusundan tam azad olunduğunu açıqlayıb.
Azinformasiya.az