Putin “qlobal NATO” ideyasını İkinci Dünya Müharibəsinin “ox” ölkələri ilə müqayisə edib

Asiya-Sakit okean regionu ölkələrinin iştirakı ilə “qlobal NATO”nun yaradılması ideyası İkinci Dünya Müharibəsi zamanı hərbi blok “ox”unu xatırladır.

 

Azinformasiya.az bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində söyləyib.

“ABŞ nə edir? Onlar zaman keçdikcə daha çox yeni ittifaqlar yaradırlar. Bu da Qərb analitiklərinə, Qərb politoloqlarına deməyə əsas verir ki, Qərb yeni “ox”lar qurur”, – deyə Putin vurğulayıb.

O qeyd edib ki, Şimali Atlantika alyansının yeni strateji konsepsiyası açıq şəkildə Asiya-Sakit okean regionu ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi planlarından və “qlobal NATO” yaratmaq niyyətindən bəhs edir. “Qərb analitiklərinin özləri – biz yox, onlar deyirlər ki, Qərb hələ 1930-cu illərdə Almaniya və İtaliyadakı faşist rejimlər və militarist Yaponiya tərəfindən yaradılmış “ox”а bənzər yeni “ox”u qurmağa başlayır”, – deyə Rusiya dövlət başçısı bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir