Putin Qazaxıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin payızda Qazaxıstana səfər edəcək.

 

Azinformasiya.az Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev söyləyib.

Qazaxıstan dövlət başçısı Rusiya lideri ilə son telefon danışığının təfərrüatlarını açıqlaraq bildirib ki, ölkəsinin əhalisi haqlı olaraq qonşu ölkədə baş verən qiyam cəhdini böyük narahatlıqla qarşılayıb: “Bu, başa düşüləndir, çünki Qazaxıstanla Rusiya arasında dünyanın ən uzun dövlət sərhədi var, biz vahid iqtisadi məkandayıq, bizi minlərlə humanitar münasibətlər və təmaslar birləşdirir. Rusiya Prezidenti ilə telefon danışığı zamanı onun konstitusiya quruluşunun və qanunvericiliyin qorunmasına və möhkəmləndirilməsinə istiqamətlənmiş hərəkətlərini tam dəstəklədiyimi bəyan etdim”, – deyə Tokayev diqqətə çatdırıb.

Qazaxıstan lideri, həmçinin qeyd edib ki, onlar bu ilin payızında Rusiya Prezidentinin Qazaxıstana gözlənilən səfərini də müzakirə ediblər: “Bu gün fürsətdən istifadə edərək, uzunmüddətli və davamlı strateji tərəfdaşlıq formatında Rusiya ilə çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı Qazaxıstanın prinsipial mövqeyini bir daha təsdiq edirəm. Bu mövqeyin xalqımızın maraqlarına tam olaraq cavab verdiyinə əminəm”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir