Putin: Qərb bütün öhdəliklərini yerinə yetirdikdən sonra “Taxıl sazişi”nə qayıtmağa hazırıq

Qərb Rusiya qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəndən sonra “Taxıl sazişi”nə qayıtmağa hazırıq.

 

Azinformasiya.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu gün baş tutan telefon danışığı zamanı bildirib.

Qeyd edək ki, keçən ayın 17-də Rusiya tərəfi müddəti həmin gün bitən Qara dəniz razılaşmasında (“Taxıl sazişi”) Rusiyaya aid olan hissənin hələ də yerinə yetirilmədiyini əsas gətirərək, sözügedən razılaşmanın müddətinin uzadılmasından imtina edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir