Putin Narendra Modini Rusiyanın ən ali dövlət ordeni ilə təltif edib

Hindistanın baş naziri Narendra Modi Rusiya Federasiyasının ən ali dövlət ordeni olan “Müqəddəs Apostol Andrey Pervozvannı” ilə təltif edilib.

 

Azinformasiya.az  xəbər verir ki, təltifetmə mərasimi Böyük Kreml Sarayında baş tutub. Putin ali ordeni Modiyə təqdim edib.

Qeyd edək ki, 1998-ci ildən bu yana 25 nəfər “Müqəddəs Apostol Andrey Pervozvannı” ordeninə layiq görülüb.

Xarici dövlət başçılarından Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev və Çin lideri Si Cinpin Rusiyanın ən ali dövlət ordeni olan “Müqəddəs Apostol Andrey Pervozvannı” təltif olunublar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir