Putin Makron arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Makronla söhbətində Ukrayna ətrafındakı vəziyyəti müzakirə edərək münaqişənin birbaşa Qərb siyasətinin nəticəsi olduğunu xatırladıb.

Putin və Makron İran və İsrail arasında münaqişə və ABŞ-ın İran hədəflərinə zərbələri kontekstində Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir