Putin Latviya və Estoniyadakı səfirlərini geri çağırıb

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Latviya və Estoniyadakı səfirlərini geri çağırıb.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda imzalanmış fərman hüquqi informasiya rəsmi internet portalında dərc edilib.

Fərmanda Rusiyanın Latviyadakı səfiri Mixail Vanin və Estoniyadakı səfiri Vladimir Lipayevin vəzifələrindən azad edildiyi qeyd olunub.

Qeyd edək ki, bu ilin fevral ayının başlanğıcında Rusiya Estoniya tərəfinin hərəkətlərinə cavab olaraq bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqdan sonra Lipayev Estoniyanı tərk edib.

Sözügedən hadisədən sonra Latviya da Estoniya ilə həmrəylik nümayiş etdirərək Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarını qəbul edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir