Rusiya prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı Kremldə qəbul edib.
Azinformasiya.az xəbər verir ki, Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə mayın 25-dən 27-dək Rusiyada işgüzar səfərdədir.
Nazirlərin mayın 27-də danışıqlar aparacağı və Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqlardan sonra vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.
Nazirlər, eyni zamanda Rusiya və Ukrayna arasında danışıqların gələcək tarixlərini də müzakirə edəcəklər.
Azinformasiya.az