Putin Kremldə Priqojinlə və “Vaqner” komandirləri ilə görüşüb

İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin Kremldə Yevgeni Priqojin və “Vaqner” komandirləri ilə üç saata yaxın görüş keçirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Putin Priqojin və “Vaqner”in komandirləri ilə görüşdə şirkətin cəbhədəki fəaliyyətini və 24 iyun hadisələrini qiymətləndirib, eyni zamanda komandirlərin izahatlarını dinləyib və onlara işə qəbul və döyüş variantları təklif edib. “Vaqner” komandirləri Putinə 24 iyun hadisələri ilə bağlı öz versiyalarını təqdim ediblər. Qeyd ediblər ki, onlar prezidentin sadiq tərəfdarları və əsgərləridir”, deyə Kremlin mətbuat katibi diqqətə çatdırıb.

O, görüşdə 35 nəfərin iştirak etdiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir